Семинар на тему «Значение социального партнерства в современности».

Очередной научный семинар состоялся в отделе современных философских проблем Института философии и социологии НАНА. На научном семинаре ведущий научный сотрудник, ф.ф.д., доцент Зейнаддин Шабанов выступил на тему «Значение социального партнерства в современную эпоху». З. Шабанов дал обширную информацию о формировании социального партнерства, роль социального партнерства в совершенствовании социально-трудовых отношений, отношении отдельных философов к социальному партнерству, предметах, целях и принципах социального партнерства и о мерах развития социального партнерства в Азербайджане. На семинаре, в котором приняли участие сотрудники других отделов, после выступлений прошли обширные дискуссии, были высказаны интересные идеи, выдвинуты предложения.

 

Məhəmmməd Füzuli: elm, bilik, fəlsəfə

AMEA  Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində  görkəmli şair-filosof Mə­həm­məd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda növbəti elmi seminar keçirilmişdir.  Seminarda şöbə müdiri f.e.d., prof. Əli Abasov “ Füzuli yaradıcılığının  trilinqvizmi” və aparıcı elmi işçi,  f.f.d., dosent  Zeynəddin Şabanov ““Mətlə-ül-etiqad” əsərində Füzulinin dünya fəlsəfə irsinə münasibəti”   mövzularında çıxış etmişlər. Çıxış edənlər türk, ərəb, fars dilində yazıb-yaradan poliqlot şairin islam sivilizasiyasındakı yeri, substantiv və prossesual dillərin fərqli cəhətləri, şairin elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və sonu, elm və bilik, biliyin növləri, ilk yaradılış, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirlərini təhlil etmiş, maraqlı cəhətlərə toxunmuşlar. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər söylənilmişdir.

GENDER: FƏLSƏFƏ, NƏZƏRİYYƏ, TƏCRÜBƏ ADLI SEMİNAR KEÇİRİLMİŞDİR

AMEA  Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində “Gender: fəlsəfə, nəzəriyyə, təcrübə” adlı elmi seminar keçirilmişdir.  Seminarda şöbə müdiri f.e.d., prof. Əli Abasov “Gender və gender tədqiqatlarının, feminizmin  və qadın hərəkatının tarixi, nəzəriyyəsi, təcrübəsi, metodologiyası və fəlsəfəsi”,  baş elmi işçi, f.e.d., prof. Əbülhəsən Abbasov “Gender yanaşmasının fəlsəfəsi və  inkişaf perspektivləri, cins və süni intellekt problemləri”, a.e.i., f.f.d., dos. Rauf Məmmədov “MDB və dünya ölkələrində gender statistikası, gender qanunvericiliyi, postsovet ölkələrində gender tədqiqatları”, a.e.i., f.f.d., dos. Zeynəddin Şabanov “Gender dünyagörüşünün futurologiyasımövzusunda çıxış etmişlər. Çıxışlardan sonra geniş müzakirələr olmuş, maraqlı fikirlər səsləndirilmişdir,