AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTU
“MÜASİR FƏLSƏFƏ PROBLEMLƏRİ” ŞÖBƏSİ
(1998 – 2023)
1998-2023 illərdə şöbənin adları:
- 2018-ci ildən “Müasir fəlsəfə problemləri”;
- 2009-2018: “Fəlsəfənin yeni cərəyanları”;
- 1998-2009: “Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları” (AMEA Rəyasət Heyətinin 18 Dekabr 1998-ci il sərəncamı ilə).
Şöbənin elmi-tədqiqat fəaliyyət sahələri:
Azərbaycana xas Şərq və Qərb dəyərlərinin qarşılıqlı təsir aksiologiyası kontekstində aşağıdakı fəlsəfi konsepsiya və paradiqmaların işlənib hazırlanmasına və təhlilinə yönəlibdir:
- Klassikaya qədərki, klassik, neoklassik və post-neoklassik epistemoloji paradiqmalar;
- Milli maraqlar, strategiyalar və milli ideologiya;
- Müasir islahatların fəlsəfi problemləri;
- Müasir Azərbaycanda islahatlar: iqtisadi, siyasi, sosial və mədəni-mənəvi həyat sahələri;
- İslahatların elmi-nəzəri təminatı məsələləri;
- Müasir fəlsəfənin missiyası və epistemoloji meqabilik kimi statusu;
- Fəlsəfi biliyin genezisi, tədqiqi və tədrisi problemləri;
- Mürəkkəblik fəlsəfəsi və sinergetika;
- Sinergetik idarəetmənin fəlsəfi problemləri;
- İntellektual resurslar və innovasiyalar problemi;
- Yeni dünya nizamı və müasir geosiyasətin fəlsəfi problemləri;
- Keçid dövrünü yaşayan ölkələrdə qloballaşma və informasiya inqilabları;
- İnformasiya cəmiyyəti, süni intellekt və dördüncü sənaye inqilabı;
- Postmodern dövründə mənəvi, sosiomədəni və siyasi proseslər;
- Müasir idrakın səciyyəvi xüsusiyyətləri və inkişaf dialektikası;
- genderin fəlsəfəsi;
- Sosial institutların transformasiyası problemi;
- Fənlərarası mübadilə, multidissiplinarlıq və elmlərin konvergensiyası;
- sülh mədəniyyəti və multikulturalizm;
- “Canlı tarix” kimi idrakın ən yeni istiqamətləri və onların fəlsəfi problemlərinin tədqiqi.
GENDER SAHƏSİNDƏ GÖRÜLƏN
NƏZƏRİ VƏ PRAKTİKİ İŞLƏR
Gender sahəsində görülən nəzəri işlər:
- Şöbədə genderin fəlsəfi problemlərinin işlənməsinə xüsusi diqqət yetirilib, genderin nəzəri problemləri və gender bərabərliyi ideyası şöbədə çap olunan elmi materiallar vasitəsilə geniş təbliğ olunub və öz ənənələri olan Azərbaycan gender məktəbi formalaşdırılıb;
- “Genderşünaslıq” beynəlxalq (azərbaycan və ingilis dillərində) elmi-populyar jurnal təsis olunub və 4 nömrəsi işıq üzü görüb.
- 21 kitabdan ibarət “Gender kitabxanası” yaradılıb (Bura dərslik, nəzəri araşdırmalar, genderlə bağlı tarixi materiallar, sosioloji tədqiqatlar daxildir) və “Azərbaycanda qadın məsələsi” seriyasından kitablarda ölkədə XIX əsrin ortalarından günümüzədək gender münasibətlərinin tarixi bərpa olunub;
- Genderlə bağlı ali məktəblər üçün 3 dərslik hazırlanıb (“Gender tədqiqatları”, “Genderə giriş” və “Azərbaycanda genderin əsasları”);
- Müxtəlif təhsil müəssisələri üçün, gender tədris proqramları işlənib hazırlanıb (azərbaycan və rus dillərində).
Gender sahəsində görülən praktiki işlər:
- Gender məktəbi bir sıra yerli və xarici gender araşdırma mərkəzləri ilə əlaqələr qurub;
- Gender bərabərliyi ideyasını QHT-lər, tələbələr, müəllimlər, eləcə də başqa qruplar üçün təbliğ etmək məqsədilə elmi konfrans, seminar və treyninqlər keçirilib;
- Bakı və regionlarda sosioloji sorğular keçirilib, nəticələr əlaqədar təşkilatlara çatdırılıb;
- 2005-ci ildə şöbə əməkdaşları BMT Azərbaycan ofisinin Azərbaycanda qadının vəziyyəti ilə bağlı illik hesabatının hazırlanmasında iştirak edib;
- Şöbənin təşəbbüsü ilə “Gender üzrə Respublika Koordinasiya Şurası” yaradılıb;
- Şöbənin əməkdaşları müxtəlif ali məktəblərdə gender kursu üzrə dərs aparır;
- Şöbə əməkdaşları araşdırılan mövzularla bağlı daim KİV-də (televiziyada, qəzet və jurnallarda) çıxış edir;
- Respublikanın ən müxtəlif regionlarında gender maarifçiliyi istiqamətində seminarlar keçirilib;
- Naxçıvan, Ağsu, Əli Bayramlı, Şəki, Şamaxı və Sumqayıtda “Gender məktəbləri” yaradılıb;
- Genderlə bağlı keçirilən respublika miqyaslı elmi-praktik konfranslar:
- “Gender faktoru və seçki” mövzusunda Respublika Ombudsman Aparatı ilə birgə konfrans (13 Oktyabr 2004);
- “Təhsildə gender bərabərliyi” Qadın Məsələləri üzrə Dövlət Komitəsi ilə birgə konfrans (16 iyul 2004);
- “Gender. Təhsil. Sülh mədəniyyəti” mövzusunda II respublika eimi-praktik konfransı (22 iyun 2005).
GENDER SERİYASI (17 kitab)
- Gender: qadın probleminin yeni mərhələsi. 1-ci buraxılış. Bakı, Səda, 1998, 94 s.
- Gender tədqiqatları, AMEA FHSİ-nin “Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları” (FYİGT) şöbəsinin məqalələr toplusu, Bakı, El-Aliance şirkətinin mətbəəsi, 2000, 98 s.
- Müasir dövrdə fəlsəfənin yeni istiqamətləri və genderin sosial-fəlsəfi problemləri. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Yeni nəsil, 2002, 120 s.
- Azərbaycanda gender tədqiqatları. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2002, 137 s.
- Mədəniyyət. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2003, 21,75 ç.v.
- Azərbaycan bədii və ictimai-fəlsəfi fikrində qadın məsələsi. Gender müntəxəbatı. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2004, 12,2 ç.v
- Seçki və gender faktoru, AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2004, 186 s.
- Təhsil və gender, AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu 2004.
- Fəlsəfə və gender. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, 2005. ADPU-nun mətbəəsi, 9 ç.v.
- Gender: demokratiya, sülh mədəniyyəti, təhsil. AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu. 2-ci Respublika elmi-praktiki konfransının materialları. Bakı, Səda, 2005, 146 s.
- Azərbatcanda qadın məsələsi (tarix və müasirlik: XIX əsrin sonu – XX əsrin əvvəli), AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2006, 272s.
- Demokratiya. Sülh Mədəniyyəti (birinci buraxılış). AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2006.
- Gender, demokratiya, sülh mədəniyyəti (ikinci buraxılış), AMEA FHSİ-nin FYİGT şöbəsinin məqalələr toplusu, Bakı, Adiloğlu, 2007.
- Azərbaycanda qadın məsələsi (20-40-cı illər), AMEA FHSİ-nin FYİGT məqalələr toplusu, Bakı, Təknur, 2010, 13 ç.v.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 40-60-cı illəri), AMEA FHSİ-nin FYİGT məqalələr toplusu, Bakı, Səda, 2010, 9,5 ç.v.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 60-90-cı illəri), AMEA FHSİ-nin Müasir fəlsəfə problemləri şöbəsinin (MFP) məqalələr toplusu, Bakı, Təknur, 2011, 23 ç.v.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 90-cı illərindən bu günə qədər), AMEA FHSİ-nin MFP şöbəsinin məqalələr toplusu, Bakı, Təknur, 2012, 387 s.
MÜASİR FƏLSƏFƏ PROBLEMLƏRİNƏ AİD
KOLLEKTİV MONOQRAFİYALAR
2010-cu ildən başlayaraq şöbə müasir fəlsəfə problemlərinə həsr olunmuş kollektiv monoqrafiyalar nəşr etdiribdir. Bu kitablarda MDB və başqa xarici ölkələrdən olan filosof və tanınmış tədqiqatçıların yazıları bir neçə dildə dərc edilibdir (azərbaycan, ingilis, türk və rus dillərində). Onlar aşağıdakılardır:
- MÜASİR FƏLSƏFƏ VƏ AZƏRBAYCAN: TARİX, NƏZƏRİYYƏ, TƏHSİL (2011).
https://www.academia.edu/100088954/Müasir_fəlsəfə_və_Azərbaycan
2011-ci ildə “Müasir fəlsəfə problemləri” şöbəsi “Müasir Azərbaycana hansı fəlsəfə lazımdır?” sualı ilə ifadə olunmuş tədqiqat mövzusu seçmişdir. Belə fərz edilmişdir ki, sualın mədəni irsin cəlb edilməsilə müzakirəsi, Azərbaycanın müstəqillik əldə etdikdən sonra başlanmış keçid prosesləri və qloballaşma şəraitində mümkün cavabların formulə edilməsinə kömək göstərəcəkdir.
Konkretləşdirilmiş proqram belə görsənir: əsas geopolitoloji amilin (qloballaşmanın) bütövlükdə dünya proseslərinin gedişinə və ayrı-ayrı ölkələrin, onların sosiomədəni inkişaf modellərində ifadə olunmuş inkişaf ssenarilərinin dəyişməsinə təsirinin təsvir edilməsi.
Biz belə fərz edirdik ki, məhz bu kontekstdə milli mədəni irs cəmiyyətin davamlı həmrəyliyi və ölkənin tədrici inkişafına ya qarşı dayanır, ya da mədəniyyətin uğurlu təfsir modeli yaradıldıqda həmrəylik və inkişafa yardımşçı olur. Metodoloji planda dünyagörüşü səviyyəsində postmodernizm və post-qeyri-klassik epistemologiya konsepsiyaları ilə birləşdirilmiş mənəvi və mədəni axtarışların ümumi vəziyyətinə diqqət yetirmək lazım gəlirdi.
- MÜASİR FƏLSƏFƏ, ELM VƏ MƏDƏNİYYƏT: POST-QEYRİ-KLASSİK EPİSTEMOLOGİYA (2011).
https://www.academia.edu/100089454/Muasir_felsefe_elm_medeniyyet_postqreyri_klassik_epistomologiya
İkinci monoqrafiya Azərbaycanda post-qeyri-klassik fəlsəfə problemləri, onun bütövlükdə elm və mədəniyyətlə, müasir Azərbaycan dövləti və cəmiyyətinin praktiki gerçəklikləri ilə toqquşması və qarşılıqlı təsiri sahəsində sistem tədqiqatların ilk təcrübəsi olmuşdur. Həmçinin, Azərbaycanda bu epistemologiyanın artıq tətbiq olunduğu, yaxud yaxın gələcəkdə tətbiq oluna biləcəyi tədqiqat sahələri aşkarlanmışdır.
Respublikada əsas vəzifəsi yeni post-qeyri-klassik texnologiyaları mənimsəmək və müasir dövrün başlıca sosial kapitalı hesab olunan insan+təhsili əsas götürməklə tədris sistemində islhatlar aparmaq olan müasir təhsil xüsusi diqqət obyekti olmuşdur. Ümumi ziddiyyətsiz inkişaf paradiqması və klassik, qeyri-klassik və post-qeyri-klassik idrakın qarşılıqlı əlaqəsinin qurulması, fəlsəfə və ayrı-ayrı elmlərdə bu sistemin əsas məqamlarının mənimsənilməsinin metodika və metodologiyasını hazırlamaq zəruri olmuşdur. Post-qeyri-klassik baxışlar və metodların müasir Azərbaycan cəmiyyətinin, mədəniyyətin və dəyərlər sisteminin tədqiq praktikasına tətbiqi, həmçinin idarəetmənin (cəmiyyəti, dövləti, iqtisadiyyatı, mədəniyyəti, intellektual resursları) tətbiqi post-qeyri-klassik fəlsəfəsinin formalaşdırılması əsas vəzifə hesab olunmuşdur.
- MİLLİ STRATEGİYALAR, İDEOLOGİYALAR VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR: TARİX, NƏZƏRİYYƏ VƏ MÜASİR PRAKTİKALAR (2012).
Üçüncü monoqrafiyada Azərbaycan xalqının milli özünüidentikləşdirməsinin ideya əsaslarının, onun milli ideyasının, milli ideologiyasının formalaşmasının, milli inkişaf strategiyasında onların praktiki gerçəkləşdirilməsinin tədqiqinə həsr olunmuşdur. Xalqın millətə çevrilməsinin birinci mərhələsində insanın sosial mahiyyətinin fərqləndirici əlaməti kimi etnik identifikasiya çıxış etmiş, konfessional, dil və zümrə mənsubluğu nisbətən az əhəmiyyət kəsb etmişdir. Xalq-etnik identiklikdən milli identikliyə keçid prosesində heç də hər dövlət və cəmiyyətdə olmasa da yalnız bir identifikasiya amili –dil identikliyi qalmışdır. Bütün bu vahidlərin həmrəyləşdirilmiş birgəliyi yeni anlayış –millət anlayışını törətmişdir ki, onun xalq anlayışından fərqi etnik və siyasi variantlara müxalifliyi ilə müəyyənləşmişdir.
Postsovet dövlət və cəmiyyətlərində milli ideya, ideologiya, strategiyaların işlənib hazırlanması ən azı iki çətinliklə üzləşmişdir. Bu dövlətlər və onların cəmiyyətləri tarixi gerçəkliklər səbəbindən Qərb ölkələrinin təcrübəsindən, məsələn fasiləsiz müstəqil inkişaf amilindən məhrum olmuşlar. İkincisi, dünyəvi prosesin hərəkətverici qüvvəsinin əvəzlənməsi olmuşdur. Belə bir qüvvə rolunda qloballaşma çıxış etmişdir ki, o da totalitarizmdən demokratiyaya onsuz da çətin keçid prosesini daha da mürəkkəbləşdirmişdir.
Belə görünürdü ki, bütün şübhələri bir kənara ataraq Qərb inkişaf yolunu seçmək, etnik dünyadan millət dünyasına doğru addımlamaq kifayətdir. Lakin buna həm dünya düzəninin dəyişən siyasi iqlimi, həm də xalqdan millətə gerçək tarixi keçidin “şüurda” mənalı yaşamağın mümkünsüzlüyü mane olmuşdur. Müstəqilliyin ilk illərində, milli-demokratik rejimlərin demək olar ki, bütün postsovet məkanında hakimiyyətdən uzaqlaşdırıldığı dövrdə belə bir keçid cəhdlərinin böhranı dediyimiz nəticənin təsdiqi ola bilər.
“Millət” terminin mahiyyəti probleminə və onun arxasında dayanan gerçəklik probleminə xüsusi diqqət yetirilmişdir. Millət yalnız rahat konstruksiyadır, yoxsa müasir cəmiyyətdə fövqəladə dərəcədə tələb olunan gerçək tarixi fenomendir?
- CƏMİYYƏT, DİN, DÖVLƏT (2013).
https://www.academia.edu/100180846/Society_Religion_State_2013_
Dördüncü monoqrafiyada əsas diqqət dinin çoxtərəfli problemlərinə yönəldilib. Ötən əsrin ikinci yarısında inkişaf etmiş Qərb ölkələrində sonralar F.Fukuyamanın “Böyük parçalanma” adlandırdığı proses başlandığı zaman ictimai quruluşun əsas dəyərlərindən olan din institutu yenidən permanent ostrakizmə məruz qalır. İstər sovet, istərsə Qərb sosioloq və filosofları bu gerçək təmayülü din institutunun, sonra isə Allaha inamın tədrici ölümü kimi dəyərləndirdilər, çünki o dövrdə elm qısa zamanda materialist əsaslarla dünyanın son sirlərini aşkarlamağı vəd edirdi.
Proqnoz özünü doğrultmadı: postsovet dövlətləri və cəmiyyətləri din institutunun mürəkkəb inkorporasiyası prosesinə start verdilər. Etiqadın dirçəlişi nəinki sıravi vətəndaşların, həmçinin dini rəhbərlərin –“məişət islamının” intişarçılarının aşkar savadsızlığı şəraitində gerçəkləşirdi. Və bu zaman dinin dünyada dirçəlişi iki təmayüllə müşaiyət (qismən müəyyənləşmə) olunur: əvvəla, elmi idrakın əvvəllər inkar olunan sosio-mədəni və mənəvi-etik komponentlərlə zənginləşməsi, ikincisi, islamın rolunun təkcə müsəlman ölkələrində deyil, bütün dünyada siyasi sferada güclənməsi. Bu artan təmayül özünün növbəti pik nöqtəsinə 2001-ci ilin sentyabrında çataraq islama sonsuz maraq və müasir fundamentalizmin əsası hesab edilən bütün müsəlmanlığa dərin fobiya doğurmuşdur.
Tədqiqatlar göstərmişdir: bütövlükdə dünya islamı özünün siyasi və iqtisadi transformasiyasını yekunlaşdırmayıb, lakin o, birbaşa özününün böhranlı “bifurkasiya” nöqtəsinə yaxınlaşıb, bundan sonra XIX-XX əsrlərin sonundakı “bifurkasiya dayanacağının” törətdiyindən daha kəskin nəticələr tam gözləniləndir. Bu dövr əsrzində islam özünün Maarfçilik əsrini yaşamış, Qərbə “çatmağ”a səsləyən modernləşmə layihələrinə maraq göstərmişdir. İslamın tarixi inkişaf və təcrübənin bütöv mərhələləri üzərindən atlayıb keçməklə gerçəkləşən bu günkü inkişafı özünün identifikasiyasını tələb edir. Aydınlaşdırmaq zəruridir: nə üçün bəzi müsəlman ölkələri dünyadakı dəyişikliklərə hansısa islahatlarla reaksiya verməyə cəhd göstərir, digərləri əksinə, onları tamamilə inkar edir, üçüncülər isə, dünya inkişafını müakirə etməməyə üstünlük verərək çaşqınlıq vəziyyətində qalırlar? Nə üçün müsəlman dünyasının mənzərəsi demokratikləşmə cığırına doğru cəsarətsiz addımlardan tutmuş nəhəng radikal əhval-ruhiyyələr gurultusuna qədər son dərəcə ziddiyyətli tendensiyalar nümayiş etdirir?
- MÜASİR FƏLSƏFƏ: İDRAKIN ƏN YENİ İSTİQAMƏTLƏRİ (2014).
https://www.academia.edu/100088616/idrak
Beşinci monoqrafiyada post-qeyri-klassik epistemologiyaya dair, əsas etibarilə Azərbaycan oxucusuna ünvanlanmış icmal, elmi-kütləvi və maarifləndirici xarakterli məqalələr toplanmışdır. Bu post-qeyri-klassik epitemologiyanın ölkədəki tədqiqatlara tətbiq dərəcəsini aydınlaşdırmağa qismən imkan yaratmışdır.
- POST-QEYRİ-KLASSİK EPİSTEMOLOGİYA VƏ POSTMODERNİZM DÖVRÜNÜN MƏDƏNİYYƏTİ (2014-2015).
Altıncı monoqrafiya qloballaşma dövrünün unikal post-qeyri-klassik və postmodernist qaydaları ilə toqquşan müasir mədəniyyətin problemlərini tədqiq etmişdir. Bu dövrdə idraka postmodernizm, elmlərin konvergensiyası, post-qeyri-klassika, sinergetik və sosio-mədəni yanaşmalar, informasiya inqilabının yekunları və s. kimi ziddiyyətli konseptlər daxil edilir ki, onlar müasir mədəniyyətin inkişaf modelinə relyativizm, indeterminizm, qeyri-xətti topoloji, şəbəkə və qeyri-lokal metodologiyanı inteqral şəkildə daşıyır. Xarici mədəni çağırışların qarşılıqlı təsirlərini adaptasiya edən milli ənənənin səciyyə və xarakterinin sistemli əsasları qanunauyğun maraq doğurmuşdur. Qloballaşmanın çağırış və risklərinə potensial “cavabları”nı aşkarlamaq məqsədilə milli mədəniyyətin xüsusiyyətlərini sistemləşdirməyə cəhd göstərilmişdir.
Son olaraq bu nəticə formulə edilmişdir: qeyd olunmuş bütün problemlərin tədqiqini növbəti “bifurkasiya nöqtəsi” haqqında xəbər verən və yeni yaranmaqda olan yeni mədəni ənənə çərçivəsində gerçəkləşdirmək zəruridir, bu “bifurkasiya nöqtəsindən” sonra isə bəşəriyyətin yeni mənəvi və koqnitiv vəziyyətə keçidi başlanmalıdır. “Çatıb və ötüb keçməyə çalışan” postsovet ölkələrinə milli mədəni ənənələrin köhnəlmiş stereotiplərinin kənarlaşdırılması, onun dünya təcrübəsi və məxsusi müstəqil inkişafı ilə zənginləşdirmək zərurəti ilə bağlı daha uzun yol keçmək lazım gələcək.
- GEOPOLİTİKANIN FƏLSƏFƏSİ VƏ MÜASİR DÜNYA DÜZƏNİ: POST-QEYRİ-KLASSİK DÖVRÜN EPİSTEMOLOGİYASI (2016).
https://www.academia.edu/100180909/Geo_fəlsəfə_2016
Yeddinci monoqrafiya geopolitika və müasir dünya düzəni problemlərinin post-qeyri-klassik epistemologiyanın metod və üsulları vasitəsilə tədqiq etmişdir.
XXI əsrin başlanğıcında fəlsəfənin, bütövlükdə idrakın vəziyyəti ötən əsrin əvvəllərindəki vəziyyəti xatırladılır. Məhz o vaxt kvant mexanikası və nisbilik nəzəriyyəsi ideyaları yaranaraq klassik idrakın məhdudlaşdırıcı çərçivələrini aşmış, onun inkişafında qeyri-klassik mərhələyə doğru yeni yol açmışdır. Ötən əsrin ortalarından sonuna qədərki dövrdə idrakın formulə edilmiş bir sıra ən yeni istiqamətləri idrak ənənəsində üçüncü, post-qeyri-klassik mərhələnin əsasını qoymuş, bununla da təkcə klassikanın deyil, həm də qeyri-klassikanın ilk baxışda qərarlaşmış görsənən kateqoriyaları, ideyaları, aksiomları, nəzəriyyələri, paradiqma və konseptləri əhəmiyyətli (bəlkə də radikal) surətdə dəyişmişdir. Sinergetikanın, mürəkkəblik nəzəriyyəsinin, fənlərarası yanaşmanın, ümumi təkamülçülüyün və s. ideyeları klassizmin təməlini dağıtmaqla prinsipal fərqli, idrak binasının hansısa təməl üzərində ucaldılma imkanını inkar edən postmodernist dünyagörüşünün qərarlaşmasına rəvac vermiş, bununla da sanki 2500 illik fəlsəfə tarixini dalana gətirmişdir. Doğrudanmı məsələ əslində elə belədir? Doğurdanmı biz fəlsəfəni “sonuncu mənzilə” yola salırıq? “Əziz mərhumun” nurlu simasını bizim üçün nə əvəz edə bilər? Təqdim olunan monoqrafiyalar seriyası da təbii olaraq postmodern qeyri-müəyyənlik əsrində mütləq həqiqətlər söylədiyini iddia etmədən məhz bu mürəkkəb vəziyyətdə düzgün istiqamətlənməyə cəhd kimi düşünülüb. Əsas vəzifə isə adı hələ ki, müəyyənləşməmiş, idrakın dördüncü (post-qeyri-klassikadan sonra) mərhələsinin səciyyə və əsasları haqqında müzakirələrin başlanması məqsədilə əvvəllər bir-birindən uzaqda dayanan müxtəlif fənlərin predmetləri arasında əlaqələrin aşkarlanması nəzərdə tutulmuşdur.
Bu gün geopolitika sinergetika, fraktal və mürəkkəblik yanaşması, kompütinq və s. istiqamətlərdən istifadə etməklə post-qeyri-klassik paradiqma məcrasında sürətlə inkişaf edir; onun tədqiqatlarının metodologiyası fənlərarası yanaşma və qlobal təkamülçülüyə əsaslanır; analiz metodu ilə daha çox qeyri-xətti refleksiya prinsipi seçilir. Ona görə də monoqrafiyada qarşıya qoyulmuş məqsədlərdən biri də geopolitikanın fəlsəfəsinin sistemli təhlili olmuşdur. Belə fərz olunur ki, məhz bu yolla onun müasir vəziyyəti aşkarlana və onun praktikada tətbiqinin nüansları aydınlaşdırıla bilər.
- İQTİSADİYYATIN FƏLSƏFƏSİ: TARİX VƏ MÜASİRLİK (2017).
https://www.academia.edu/100088749/Iqtisadiyyatn_felsefesi_tarix_ve_muasirlik
Səkkizinci monoqrafiyanın tədqiqat mövzusunun seçilməsi iqtisadiyyatın post-qeyri-klassik epistemologiyadan sanki uzaqlaşmış kimi görünməyi səbəbindən izahını tələb edir. Bizim tədqiqatlar bu illüziyanı alt-üst etmişdir. Bundan əlavə elmi dairələrin, praktiki mütəxəssislərin və nəhayət cəmiyyətin sadə üzvlərinin iqtisadiyyatın çoxcəhətli problemlərinə geniş müraciəti öz izahını tələb etmişdir. Qloballaşma, dünya böhranı və postsovet dövlətlərinin iqtisadi inkişaf modellərinin axtarışı bizim marağımızı daha da artırmışdır.
Belə görsənir ki, elmi-təbiət fənlərindən fərqli olaraq iqtisadi nəzəriyyə idrakın klassik və qeyri-klassik mərhələlərini keçərək birbaşa post-qeyri-klassik ideya və konsepsiyaların mənimsənilməsinə yaxınlaşmış və inkişafın gələcək yolları haqqında düşüncələrdə dayanmışdır. Bununla əlaqədar olaraq dünya iqtisadiyyatı və maliyyə böhranına, xüsusilə neoliberal yönümlü iqtisadi nəzəriyyələrdəki durğunluğa (XX əsrin əvvəllərindəki fizikaya analoji olaraq) iqtisadiyatın nəzəriyyə və praktikasında inqilabi dəyişikliklərin başlanmasından xəbər verən amillər kimi nəzərdən keçirilməlidir. Bu islahatlara yanaşmalarda mədəniyyətin, permanent iqtisadi proseslərə qoşulmuş cəmiyyət və dövlətlərin milli (etnik), dini, mental və xalqların digər bir çox xüsusiyyətlərinin təsiri problemi geniş müzakirə olunur. İqtisadi fikir və praktikanın sosio-mədəni dominantı müvəqqəti olaraq iqtisadiyyatın praktiki problemlərini sıxışdıraraq az qala mərkəzi paradiqmaya çevirilmişdir. Gender, etik, ekoloji, biosfer, bütövlükdə aksioloji tədqiqatlar iqtisadiyyata yeni həcmli (topoloji) məna gətirir, nəzəriyyəyə post-qeyri-klassik paradiqma ilə aşkar şəkildə bağlı olan fərqli anlayış və konsepsiyalar daxil edir.
- TARİXİN FƏLSƏFƏSİ: RETROSPEKTİV VƏ PERSPEKTİV (2018).
https://www.academia.edu/100088262/AMEA_tarixin_fəsəfəsi_2018
Doqquzuncu monoqrafiyada əksini tapan tarix fəlsəfəsinin tədqiqatlarının nüvəsini təşkil etmişdir. Cəmiyyətin transformasiyasının əsas amili və müasir tarixin mühərriki olan qloballaşma, tarixi prosesin model və konseptləri, tarix və tarixşünaslığa etdiyi əlavələrlə götürülən “postmodernist fəlakət”, “qeyri-formal”, feminist, gender, şifahi, “canlı” və s. tarixlərin güclü inkişafı, dünyanın və postsovet dövlətlərinin öndəki gələcəyi və s.
Belə görsənir ki, postmoderrnizmdən məhz tarix daha çox “ziyan görüb”, lakin eyni zamanda məhz tarix daha çox post-qeyri-klassik təsəvvür və ideyaları özünə cəlb etmiş, bu ideyalar da onu gerçəklik və öz aralarında tamamilə dəyişkən, qeyri-sabit insan dəyərlər –aksiologiya ilə birləşən və ondan geri qalan “itmiş” keçmişin və proqnazlaşdırıla bilməyən gələcəyin üzərində refleksiyanın tam yeni səviyyəsinə çıxarmışdır.
- MİLLİ FƏLSƏFƏ (2019).
https://www.academia.edu/100085986/Milli_Felsefe_2
İnsanların etnos, xalq, millət triadası ilə ifadə olunan tarixi birlik tiplərinin tədqiq yolları və metodologiyasının seçilməsi zamanı bir sıra suallar meydana çıxmışdır. Məsələn, milli fəlsəfənin genezisi hansı dövrə aiddir? Nəyi “etnik fəlsəfə” kimi qəbul etmək olar, mif və eposların (dastanların) dünyagörüşü və mənəvi etik məzmunu bu funksiyanı yerinə yetirə bilərmi? Orta əsrlər Azərbaycan mütəfəkkirlərinin ərəb dilində yazdıqları sırf fəlsəfi əsərləri ona daxildirmi, yaxud fəlsəfi poeziyanı ora daxil etmək lazımdırmı? Bu refleksiya nümunələri milli fəlsəfəyə təsir göstəribmi, əgər göstəribsə bu təsir davam edirmi?
Belə bir prinsipdən çıxış etmək lazım gəlirmi ki, xalqın müstəqil dövlətçiliyinin yoxluğu milli fəlsəfənin formalaşması yolunda maneədirmi, belə ki, kommunikasiya məkanında müstəmləkəçi-millətin mədəniyyəti, dili və dəyərləri hökmran rol oynayır?
Məqalələrdə əksini tapmış bəzi cavablara nəzər yetirək.
Hər bir millət üçün mədəniyyət – din – incəsənət – ədəbiyyat – fəlsəfə – elm ardıcıl mürrəkkəbləşən refleksiya tiplərinin tarixən qarşılıqlı əlaqədə olan sistemini əmələ gətirir. Dil ilkin xaos olub ondan tədricən fəlsəfi refleksiya meydana gəlir, sonuncu isə, sonradan etnik identiklik və hökmran dinlə zənginləşir.
Milli mədəniyyətin elementləri (tarixi təcrübə, kollektiv psixikanın xüsusiyyətləri, dünyaanlamı və dünyaqavramının tipləri) zaman-zaman fəlsəfi refleksiyanın (təfəkkürün) predmeti olur. İdentikliyin formalaşması millətin unikal dünyaqavramı və dünyaanlamının, dünyagörüşünün qərarlaşmasına gətirir. Bu identiklik şəxsiyyət və cəmiyyətin həyat fəaliyyəti strategiyasını seçimi və gerçəkləşdirilməsinin əsasını təşkil edir. Seçilmiş identiklik tipi milli fəlsəfənin ardıcıl formalaşmasına gətirən milli özünüdərkin genezisini müəyyənləşdirir. Ümummilli fəlsəfə cəmiyyət və şəxsiyyətin milli özünüdərkinin səciyyəsindən asılı olur.
“Milli fəlsəfə” anlayışı ilk növbədə onun məzmununun təhlilini tələb edir. “Milli fəlsəfə” söz birləşməsində birinci termin həlledicidir, çünki məhz o, ümumbəşəri fəlsəfəni vahid dəyərlər sistemi ilə konsolidasiya olmuş ayrı-ayrı insan birliklərinin təkcə fərqli dünyagörüşü tiplərinə differensasiya edir.
Sonra, “millət” anlayışının konkret olaraq nəyi nəzərdə tutduğunu aydınlaşdırmadan milli fəlsəfənin də nə olduğu sualına cavab vermək olmaz. Əvvəla, elmi-fəlsəfi və sosioloji tədqiqatlar praktikasında millət anlayışı konkret tarixi dövr ərzində təzahür edən müəyyən konstruksiya qismində çıxış edə bilər. İkincisi, o hər bir millətə təkrarolunmaz unikallıq verən ümumi psixoloji, konfessional və mədəni səciyyə əsasında izah formulə edilə bilər. Üçüncüsü, millət dövlət daxilində etnik, konfessional, mədəni, gender və digər fərqlərdən asılı olmadan bərabər hüquqlar verilmiş ayrıca cəmiyyətin vətəndaşlarının həmrəyliyini nəzərdə tutan siyasi termin kimi də başa düşülə bilər.
Aydındır ki, milli fəlsəfənin təfsir olunan mahiyyəti millət anlayışının təhlil üçün seçilmiş mənasından asılı olaraq dəyişəcək, ona görə də hər dəfə ona müraciət olunduqda aparılacaq təhlilin çərçivələrini öncədən dəqiq müəyyənləşdirmək zəruridir. Bununla birlikdə millətin tədqiqinə yuxarıda sadalanmış bütün tərifləri birləşdirən sintetik metodologiyanın tətbiqinə heç nə mane olmur. Belə bir sintetik kontekstdə milli fəlsəfənin həm cəmiyyətin, həm də onun ayrı-ayrı üzvlərinin transformasiyasını determinasiya edən, fasiləsiz dəyişən xarici təbii və sosial mühit şəraitində millətin sağqalma və həyat tərzi strategiyasının inteqrativ konsepsiyasının qərarlaşması gedişində refleksiyanın ali (əgər bu gün üçün ən ali olmasa) formalarından biri kimi adekvat tədqiqatına imkanlar yaranır.
Bəşəri refleksiyanın tarixi inkişafının ardıcıl tədqiqini konsolidasiya olmuş insan birliklərinin həyat və sağqalma tərzini müəyyənləşdirən bir sıra paraloji, mifik, primordial, etno-epik, dini, fəlsəfi və elmi strategiya tiplərinə gətirmək olar. Aydındır ki, bu gün millət və onun ayrıca nümayəndəsinin müasir şəraitdə optimal həyat tərzini ifadə etməyə qabil olan növbəti, əsasən sintetik strategiyanın formalaşdırılmasına ciddi zərurət mövcuddur.
***
2021-ci ildə “Müasir fəlsəfənin tədrisi: metodologiya, nəzəriyyə və təcrübə” adlı ilk (12-ci) kollektiv monoqrafiyanın nəşri ilə müasir fəlsəfə və qnoseologiya problemlərinə həsr olunmuş ikinci seriya nəşrləri başlandı.
İKİNCİ SERİYANIN NƏŞR OLUNAN KİTABLARI:
1 – (11). ETİKA, ESTETİKA, AKSİOLOGİYA: ƏSAS EPİSTEMOLOJİ PARADİQMALAR (2020).
https://www.academia.edu/100088470/Etika_estetika_aksiokogiya
Tamamilə təbiidir ki, qeyd olunan mövzu üzrə aparılan tədqiqatların hazırkı nəticələrinə əsasən və bəşəriyyətin başına gələn pandemiya şəraitində şöbə və redaksiya heyətinin qərarı ilə 2020-ci ildə on birinci monoqrafiya ilə ikinci seriyaya başlanılıb. “Etika, estetika, aksiologiya: əsas qnoseoloji paradiqmalar”.
Hesab olunur ki, pandemiya təhlükəsi keçdikdə qlobal təhlükəsizlik sistemi əhəmiyyətli dərəcədə dəyişəcək, qlobal iqtisadiyyat transformasiya ediləcək, yeni dövlətlərarası münasibətlər inkişaf edəcək. Belə bir şəraitdə dünyanın mövcud vəziyyətini və onun gələcək inkişafının bu gün fəaliyyət göstərən modellərini obyektiv şəkildə düzəltmək vacibdir. Bəs “dünyada əhəmiyyətli dəyişiklik” prinsipcə nə deməkdir? Cavablar çoxdur, amma əsası, fikrimizcə, “insanda əhəmiyyətli dəyişiklik” – onun mentaliteti və davranışı ilə əlaqələndirilməlidir. Sonuncu problemlər dairəsinə etikanın, əxlaqın, aksiologiya sisteminin yerli, regional və qlobal baxımdan gələcək transformasiyasını təqdim edir. Azadlıq bəxş edilmiş, vicdanla idarə olunan insan, inandığı və tətbiq etdiyi əxlaqi dəyərlərə cavabdeh olmalıdır. Eyni şey, kiçik dəyişikliklərlə, seçilmiş sivilizasiya inkişafının sərhədlərinə çatmış cəmiyyətlərə, dövlətlərə və bütövlükdə bəşəriyyətə aiddir. İnsan ləyaqətinin düzgün və real, müasir anlayışları, azadlığın sərhədləri və s. arasındakı əlaqəni yenidən nəzərdən keçirmək lazımdır.
Pandemiyadan əvvəlki bir sıra hallar (və bəlkə də onu əvvəlcədən müəyyən edən), fikrimizcə, onun başa düşülməsi üçün yeni bilik prinsipləri tələb edən bir vəziyyətin formalaşmasından xəbər verir. Bizə elə gəlir ki, elementləri gözümüzün qabağında formalaşan, aksiologiya sisteminin transformasiyasına, formalaşmış etik-estetik prinsip və dəyərlərə əsas verən post-post-qeyri-klassik idrakdan danışmalıyıq. Təqdim olunan monoqrafiyada bu problemlərdən bəziləri nəzərdən keçirilir.
2 – (12). MÜASİR FƏLSƏFƏNİN TƏDRİSİ: METODOLOGİYA, NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ (2021).
https://www.academia.edu/100853651/Müasir_fəlsəfənin_tədrisi_Metodologiya_nəzəriyyə praktika
Görünürdü ki, yerli və xarici müəlliflərdən ibarət yaradılmış komandamız, eləcə də əksəriyyəti fəlsəfədən dərs deyən yeni tədqiqatçılar toplanmış təcrübələrini həvəslə oxucularla bölüşəcək, müasir fəlsəfənin tədrisi ilə bağlı öz təcrübələrini, onun metodologiyasını və metodikasını on ikinci monoqrafiyada təqdim edəcəklər. Çox təəssüf ki, bu baş vermədi. Nəşrlərimiz üçün heç vaxt məqalələr bu qədər çətinliklə toplanmamışdı, təklif olunan tədqiqat mövzusu bu qədər zəif işıqlandırılmamışdı. Belə bir acınacaqlı nəticənin səbəbləri barədə yalnız fərziyyələr irəli sürə bilərik.
Bu gün fəlsəfənin nəticələri və inkişaf perspektivləri bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Bu ziddiyyətin böhran xarakteri onunla müəyyən edilir ki, fəlsəfənin gələcək inkişafı üçün bir sıra əsrlər boyu onun bünövrəsini təşkil edən bəzi fundamental müddəalardan imtina etmək lazımdır. Qloballaşma və kompüter texnologiyalarının inkişafı şəraitində idrak ənənəvi fəlsəfənin dar çərçivəsində izahı mümkün olmayan keyfiyyətcə yeni dünyanın reallıqları ilə qarşılaşmışdır. Bu gün fəlsəfi düşüncənin yayıldığı demək olar ki, bütün bu sahələrdə yeni (müasir) fəlsəfənin yaradılması layihəsini gündəmə gətirən ciddi, bəzən də inqilabi dəyişikliklər baş verib.
Fəlsəfə dərsliyi ilk növbədə düşünmək, müzakirə etmək, mübahisə etmək, tolerant olmaq, müasir dövrün problemlərini yaradıcı və tənqidi şəkildə dərk etmək bacarığını öyrətməlidir.
Fəlsəfə sosial biliklərin sistem blokunun bir hissəsi kimi digər humanitar elmlərlə sıx əlaqədə tədris edilməlidir. Ona görə də bu gün müəyyən minimum humanitar bilikləri özündə birləşdirən, sistemli şəkildə birləşdirilən, praktiki yönümlü olması ilə seçilən sintetik, hərtərəfli dərsliyin yaradılmasına real ehtiyac var.
Fəlsəfə o qədər də standart testlərlə müəyyən edilə bilən bir elm deyil, mənəvi fəaliyyətin çox spesifik sahəsidir.
Fəlsəfi fəaliyyətin psixologiyası əsasən konkret ölkənin sosial-mədəni xüsusiyyətləri ilə müəyyən edilir. Onun xalqının dünyagörüşünün və psixologiyasının tipik, sabit elementlərini ifadə edən psixi amillər konkret filosofun psixologiyasına, fəlsəfi konstruksiyalarına və üstünlüklərinə xüsusilə birbaşa təsir göstərir.
Ənənəvi təfəkkür elm yönümlü fəlsəfi cərəyanların məhsuldar fəlsəfi fəaliyyətinə tam töhfə vermir, çünki onlar ənənəvi cəmiyyətə xas olmayan bir sıra psixi xüsusiyyətlərin olmasını tələb edir. Lakin fəlsəfə yalnız alim istiqamətləri ilə məhdudlaşmır. O, elm olmadığından, əldə edilən biliklərin müxtəlif idrak üsulları və ifadə formaları üçün geniş imkanlar açır.
Fəlsəfi təhsilin spesifikliyi dərin əks etdirmədə – insanın şəxsi təcrübə çərçivəsində əks etdirmə qabiliyyətindədir. Bu, fərdin və bütövlükdə bəşəriyyətin fərdi, ümumi və xüsusi problemlərinə tələbənin düşüncəsinin xarakterini dəyişdirməyə yönəlmiş unikal tədris təcrübəsidir. Nəhayət, bu, indiki biliklərin tamlığını ələ keçirmək istəyi, keçmişi yenidən qurmaq və gələcəyi ümumi şəkildə proqnozlaşdırmaq cəhdləridir.
Fəlsəfənin tədrisinin metodoloji prinsipi kimi konseptuallığı – müasir fəlsəfənin tədrisi fəlsəfəsini seçmək lazımdır. Beləliklə, fəlsəfənin bütün inkişaf tarixinin klassikdən əvvəlki, klassik, qeyri-klassik və post-qeyri-klassik mərhələlərə bölünməsi sonrakı mərhələnin (post-post-qeyri-klassik) qurulması ehtiyacının məcburi göstəricisi ola bilər. Bu, əslində, yeni bir fəlsəfənin əsaslarının axtarışı ilə bağlıdır.
3 – (13). MÜASİR İSLAHATLAR: ÜMUMFƏLSƏFİ ƏSASLAR (2022).
https://www.academia.edu/100804489/Müasir_islahatlar_umum_fəlsəfi_əsasları
Müasir fəlsəfənin çoxşaxəli problemlərinin öyrənilməsi məntiqi məqsədyönlü şəkildə on üçüncü monoqrafiyada təqdim olunan təkamül, islahat və inqilab problemlərinin təhlili zərurətinə səbəb oldu.
Postsovet dövlətlərinin inkişaf tarixi, əslində, onların cəmiyyətlərinin həyatının, idarəetmə və iqtisadi sistemlərinin demək olar ki, bütün sahələrində ardıcıl islahatlar silsiləsi olub, onların təyin edilməsində hamı utanaraq kapitalist cəmiyyəti qurmaq ilə bağlı əsas məqsədi qeyd etməkdən çəkinir. Bu arada bütün postsovet ölkələri, hətta bilavasitə Qərbin (Baltikyanı ölkələr) birbaşa himayəsi altında inkişaf etmiş ölkələr də əsas məqsədə – siyasi və iqtisadi formasiyanın dəyişməsinə, daha doğrusu, inqilabi-məcburi yenilikləri ilə tanınan kapitalın ilkin toplanması dövrünün yetkin kapitalizmin reformist fəaliyyətinin sxemlərinə görə deyil, kapitalizm nümunələrinə uyğun olaraq irəliləyirdilər. Siyasətdə və iqtisadiyyatda neoliberal ideyaların populyarlığının zirvəsinə təsadüf edən SSRİ-nin dağılması yeni yaranmış dövlətlərə radikallığı və keçiciliyi ilə tanınan BVF-nin o vaxtkı göstərişlərindən başqa inkişaf yolu qoymadı.
BVF standartları üzrə Şərqi Avropa ölkələrinin əvvəlki, güya müsbət təcrübəsinə istinadlar açıq-aydın inandırıcı deyildi və üstəlik, özünəməxsus iqtisadi inkişafı ilə tanınan sovet sosializmi sistemində dövlətlərin keçirdiyi vaxt fərqini nəzərə almırdı.
Nə olursa olsun, sosialist sisteminin köklü şəkildə dağıdılması və “kənardan idarə olunan” bazara sürətli keçid siyasəti bütün postsovet ölkələrində uğursuzluqla nəticələndi. İlkin islahatları xalq cəbhəsi və radikal liberal qüvvələr apardığından, onların apardıqları islahatların acı nəticələrinə görə çox keçmədən hakimiyyətdə köhnə, çox vaxt mərhum kommunist, elitanın nümayəndələri ilə əvəz olundu. Bu, hətta Polşa, Latviya və Litvada da baş verdi. Amma Baltikyanı ölkələrin də daxil olması lazım olan Şərqi Avropa ölkələrində bu əvəzləmə məcburi aralıq tədbir idisə, postsovet ölkələrində bu elita (yaşa görə deyilsə, ideyaların davamlılığına görə) üstünlük təşkil etməkdə davam edir. Onun üçün çox güman ki, iqtisadi deyil, siyasi səbəblərə görə, neoliberalizm prinsipləri də qəbuledilməz oldu. Çünki azadlıq hələ də bir şəkildə iqtisadiyyatda qəbul edilirdi, amma siyasətdə deyil. Eyni ölkədə siyasətin və iqtisadiyyatın həyata keçirilməsinin müxtəlif konseptuallaşdırılması adətən müsbət nəticələrə səbəb olmadığından, iqtisadiyyatda çox vaxt ictimai həyatın siyasiləşməsinin hökm sürdüyü orijinal inkişaf yollarının axtarışı başlayır.
Postsovet ölkələrinin islahat tarixi tranzit dövlətlərin inkişaf modellərinin yenidən qurulması üçün çox maraqlı və ibrətamiz bir materialdır. Lakin, kollektiv monoqrafiyada bu mövzu, yaradıcılarının fikrincə, islahatların əsasını təşkil edən islahatların, fikir və prinsiplərin fəlsəfəsi və epistemologiyasının öyrənilməsi ilə məhdudlaşır.
***
Redaksiya heyətinin qərarı ilə 2023-cü ildə cəmiyyətin siyasi, sosial və mənəvi sferasında islahatlara dair üç kollektiv monoqrafiyanın nəşri nəzərdə tutulub. İki cildlik bu monoqrafiyalar “Müasir islahatların fəlsəfəsi” mövzusunda ümumi işin davamı kimi nəzərdə tutulmuşdur. Müasir islahatlara həsr olunmuş ikinci cildin şərti adı: “Siyasi islahatların fəlsəfəsi: Dövlətçiliyin inkişafı və cəmiyyətin siyasi həyatı”. Məqalələrin təqdim edilməsi üçün son tarix 2023-cü ilin may ayıdır.
Üçüncü cild: “Cəmiyyətin sosial həyatını islahat fəlsəfəsi”.
Dördüncü cild: “Cəmiyyətin mənəvi-mədəni həyatında aparılan islahatların fəlsəfəsi”.
Üçüncü və dördüncü cildlərin bir kitab şəklində nəşri nəzərdə tutulur.
Məqalələrin təqdim edilməsi üçün son tarix 2023-cü ilin noyabr ayıdır.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
1998-2023-cü illərdə “Müasir Fəlsəfə problemləri” şöbəsində çap olunan topluların ümumi sayı 30-dur.
Şöbə əməkdaşlarının (əvvəlki və bu günkü) çap olunan kitablarının ümumi sayı 108-dir. Cəmi 138 əsər çap olunmuşdur.
1998-2023-cü illərdə “Müasir Fəlsəfə problemləri” şöbəsinin əməkdaşlarının
çap olunan kitablarının ümumi siyahısı
azərbaycan dilində
- Abasov Ə. S., Mirzəzadə R. S. Gender tədqiqatları. Ağrıdağ nəşriyyatı, Bakı 1999.
- Abasov Ə., Məmmədov F. Sülh mədəniyyəti nədir? Yeni nəsil. Bakı 2002.
- Abasov Ə. S., Mirzəzadə R. S. Azərbaycan Gender Xəritələri. “Teymur Poliqraf”. Bakı. 2007.
- Abasov Ə. S., Mirzəzadə R. S. Müasir Azərbaycanda gender siyasəti. “SƏDA”, Bakı 2006.
- Abasov Ə. S., Mirzəzadə R. S. Genderə Giriş. “Adiloğlu”, Bakı 2004.
- Abasov Ə., Qasımova Y. Genderin aktual problemləri. AREAT Mərkəzi. Bakı 2002.
- Abasov Ə. Azərbaycan və Gürcüstanda yerli özünüidarənin gender problemləri, Bakı 2002, (həmmüəllif, azərbaycan və rus dillərində).
- Abasov Ə. Müasir dövrün sosiomədəni problemləri. Səda, Bakı 2006.
- Abasov Ə. İnsan və cəmiyyət. Dərslik (2 bölmənin müəllifi, 3 ç.v). Bakı, 1994.
- Abasov Ə. Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat. Azərbaycanda Gender Münasibətləri. Tendensiyalar və Problemlər. Bakı, 2007, 104 s.
- Abasov Ə. Azərbaycanın gender hesabatı. BMT İP-nin hesabatı. Azərbaycan: reallıq və perspektivlər. B., 2007, 10 ç. v. (həmmüəllif).
- Abbasov Ə.F. Azərbaycanda yeniləşmə prosesinin sosial-fəlsəfi problemləri. (Həmmüəllif) Bakı: “Elm”.1998.
- Abbasov Ə.F. Yeniləşən cəmiyyət: müasir elmi paradigma və idarəetmə. Bakı: “Elm”. 1998.
- Abbasov Ə,F. Müasir mərhələdə sosiohumanitar elmlərin qnoseoloji və metodoloji problemləri. (Həmmüəllif).Bakı: “Çaşıoğlu”.2000.
- Abbasov Ə.F. Keçid dövrü və yeni iqtisadi təfəkkür. (İ.Əsgərov ilə birgə) Bakı: “Nafta-Press”. 2001.
- Abbasov Ə. F. Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar. (Həmmüəllif). Bakı: “Adiloğlu”. 2001.
- Abbasov Ə.F. İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri. (Həmmüəllif). Bakı: “Səda”. 2003.
- Abbasov Ə.F. Cəmiyyət. İdeologiya. Təfəkkür. (Həmmüəllif). Bakı: “Bakı Universiteti”. 2004.
- Abbasov Ə. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə. Bakı: “MBN”, 2006.
- Abbasov Ə.F. Milli maraqlar və milli ideologiya. Bakı: “Təknur”. 2012.
- Abbasov Ə.F. İnsan haqları və ictimai rəy. Bakı: “Təknur”. 2013.
- Abbasov Ə.F. Geosiyasi və sosial fəlsəfə: adalətli nizam və tərəqqi naminə. Bakı: “Zərdabi LTD” MMC. 2017.
- Abbasov Ə.F. Yeni dünya nizami: siyasət və idarəetmə. Bakı: “Zərdabi LTD” MMC. 2019.
- Abbasov Ə.F. Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq. (Həmmüəllif). Bakı: “Elm və təhsil”.2022.
- Abdallı H. Azərbaycan, dunya birliyi və Qarabaq problemi. “Yeni Nəsil”, Bakı 2003.
- Abdallı H. Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti. ADPU. Bakı 2004.
- Abdallı H. Azərbaycan: Müstəqilliyimizin sosial-siyasi problemləri. ADPU. Bakı 2005.
- Abdallı H. Dağlıq Qarabağ: Azərbaycana erməni təcavüzü və beynalxalq təşkilatların mövqeyi. ADPU. Bakı 2009.
- Azərbaycanda qadın məsələsi (tarix və müasirlik: XIX əsrin sonu – XX əsrin əvvəli). Azərbaycan nəşriyyatı, Bakı 2006.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 20-40-cı illəri). Təknur, Bakı 2010.
- Azərbaycanda qadın məsələsi (40-60-cı illər). Təknur, Bakı 2011.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 60-90-cı illər). Təknur, Bakı 2011.
- Azərbaycanda qadın məsələsi (XX əsrin 90-cı illərindən bu günə qədər). Təknur, Bakı 2012.
- “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda II respublika konfransının materialları (05 mart 2013-cü il). Avropa, Bakı 2013.
- “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlərin həlli yolları” mövzusunda IV respublika konfransının materialları (05 mart 2013-cü il). Avropa, Bakı 2015.
- Cəmiyyət və din: tarix və müasirlik. Şöbənin toplusu. Təknur, Bakı 2013. URL: https://www.academia.edu/100180846/Society_Religion_State_2013_
- Etika, estetika, aksiologiya: əsas epistemoloji paradiqmalar. Şöbənin toplusu. “Şərq-Qərb”, Bakı 2020. URL: https://www.academia.edu/100088470/Etika_estetika_aksiokogiya
- Fəlsəfə və gender. ADPU-nun mətbəəsi. Bakı 2005.
- Fəlsəfənin yeni istiqamətləri (Yeni dünyagörüşü, yeni metodologiyanın formalaşması yolunda). Təknur, Bakı 2008.
- Gender: qadın probleminin yeni mərhələsi. I buraxılış. Bakı 1998.
- Gender tədqiqatları. El-Alliance mətbəəsi, Bakı 2000.
- Gender. Mədəniyyət. Adiloğlu, Bakı 2003.
- Genderşünaslıq. Beynəlxalq elmi-kütləvi jurnal. №1. Səda, Bakı 2000.
- Genderşünaslıq. Beynəlxalq elmi-kütləvi jurnal. №2. Səda, Bakı 2000.
- Genderşünaslıq. Beynəlxalq elmi-kütləvi jurnal. №3. Səda, Bakı 2000.
- Genderşünaslıq. Beynəlxalq elmi-kütləvi jurnal. №4. Səda, Bakı 2001
- Geosiyasətin fəlsəfəsi və müasir dünya nizamı: postneoklassik dövrün epistemologiyası. Şöbənin toplusu. “Avropa”, Bakı 2016. URL: https://www.academia.edu/100180909/Geo_fəlsəfə_2016
- İqtisadiyyatın fəlsəfəsi: tarix və müasirlik. Şöbənin toplusu. “Avropa”, Bakı 2017. https://www.academia.edu/100088749/Iqtisadiyyatn_felsefesi_tarix_ve_muasirlik
- Mahmudov M. İdarəetmə nəzəriyyəsi. Dərslik. Bakı 2012. https://www.academia.edu/100173824/İDARƏETMƏNEZERİYYESİ_A_4_Redakte_olunmuş
- Mahmudov M. Sosiologiya. Dərslik. MBM. Bakı 2008.
- Mahmudov M. Büdcə və gender (2004-2005-ci illər üzrə Dövlət Büdcəsinin gender təhlili) 1-ci buraxılış. Bakı 2006.
- Mahmudov M. Müasir fəlsəfi, kulturoloji, iqtisadi konsepsiyalar və cəmiyyətin idarə olunmasi problemləri (metodoloji təhlil). Elmlər doktoru dissertasiyası. Bakı 2012. https://www.academia.edu/100173911/Metleb_Dissert_10_09
- Mahmudov M. Büdcə və gender (Bələdiyyə büdcəsinin gender təhlili). 2-ci buraxılış. Bakı 2005.
- Mahmudov M. Büdcə və gender (Ailə büdcəsinin gender təhlili). 3-cü buraxılış, Bakı 2005.
- Mədəniyyət: postqeyri-klassika və postmodernizm dövrü. Şöbənin toplusu. “Elm və təhsil”, Bakı 2015. URL: https://www.academia.edu/100089160/AZ%C6%8FRBAYCAN_CULTURE_THE_EPOCH_OF_POST_NEOCLASSICS_AND_POSTMODERNISM
- Milli fəlsəfə. Azərbaycan. Şöbənin toplusu. Bakı 2019. URL: https://www.academia.edu/100085986/Milli_Felsefe_2
- Məmmədov R. Nakşibendiliğin oluşum tarihi. İstanbul “İcmal” 2016. – 348 s. URL: https://www.academia.edu/40284553/NAKŞİBENDİLİĞİN_OLUŞUM_TARİHİ
- Məmmədov R. Selektiv abortların gender təhlili. “Elm və Təhsil”. Bakı 2018. – 112 s. URL: https://www.academia.edu/40284531/SELEKTİV_ABORTLARIN_GENDER_TƏHLİLİ
- Məmmədov R. Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları. “Servis AZ.” Bakı 2018. – 147 s. URL: https://www.academia.edu/40284421/Erkən-evlilik
- Məmmədov R. Azərbaycan ailəsi: dünən və bu gün. Bakı 2018. – 212 s. URL: https://www.academia.edu/4028401/AİLƏ-KİTAB
- Mirzəzadə R. Multikulturalizm siyasəti: din və gender dialoqunda. “Təknur”. Bakı 2013.
- Mirzəzadə R., Abasov Ə. S. Gender tədqiqatları. Ağrıdağ nəşriyyatı, Bakı 1999.
- Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar. Şöbənin toplusu. Bakı “Elm” 2012. URL: https://www.academia.edu/100089345/Milli_strategiyalar_ideologiyalar_ve_beynelxalq_munasibetler_tarix_nezeriyye_ve_muasir_praktikalar
- Mövsumova L. Azərbaycan qadını uzaq keçmişdən indiyədək. “Ulu”, Bakı 2002.
- Müasir fəlsəfənin aktual problemləri. Təknur, Bakı 2013.
- Müasir fəlsəfə, elm və mədəniyyət: postqeyri-klassik epistemologiya (respublika konfransının materialları, 18 may 2011-ci il). Şöbənin toplusu. Təknur. Bakı 2011. URL: https://www.academia.edu/100089454/Muasir_felsefe_elm_medeniyyet_postqreyri_klassik_epistomologiya
- Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Şöbənin toplusu. “Elm”, Bakı 2010. https://www.academia.edu/100088954/Müasir_fəlsəfə_və_Azərbaycan
- Müasir fəlsəfə: idrakın yeni istiqamətləri. Şöbənin toplusu. “Elm və təhsil”, Bakı 2014. https://www.academia.edu/100088616/idrak
- Müasir dövrdə fəlsəfənin yeni istiqamətləri və genderin sosial-fəlsəfi problemləri. “Yeni nəsil”, Bakı 2002.
- Müasir Fəlsəfənin Tədrisi: Metodologiya, Nəzəriyyə və Təcrübə (2021). URL: https://www.academia.edu/100853651/Müasir_fəlsəfənin_tədrisi_Metodologiya_nəzəriyyə praktika
- Müasir İslahatlar: Ümumi Fəlsəfi Əsaslar (2022). URL: https://www.academia.edu/100804489/Müasir_islahatlar_umum_fəlsəfi_əsasları
- “Multikulturalizm və insan haqları” mövzusunda insan hüquqları üzrə ümumi bəyannamənin qəbul edilməsinin ildönümünə həsr edilmiş beynəlxalq elmi konfransın materiallar toplusu. Nurlar, Bakı 2017.
- Salmanova N. Azərbaycanda ailə-nigah münasibətlərinin inkişafı. Avropa. Bakı 2013.
- Şabanov Z. İdarəetmə təfəkkürü: tarix və müasirlik. “Təhsil işçisi mətbəəsi” MMC. Bakı 2010, 222 s.
- Şabanov Z., Mahmudov M., Ələkbərov F. İdarəetmə nəzəriyyəsi. Dərslik. “Elm və təhsil”. Bakı 2012, 343 s.
- Şabanov Z., Abdallı H. Qadın: cəmiyyətdə, siyasətdə, dində, ədəbiyyatda. Bakı, Avropa, 2013, 294 s.
- Şabanov Z. Müasirləşən cəmiyyətin yeni paradiqmaları. Avropa. Bakı 2017,255 s.
- Şabanov Z., Salmanova N. Azərbaycanda gender üzrə məsul şəxslər. Resurs dəsti. Bakı RİQC 2018 (müxtəlif bölmələr)
- Tarixin fəlsəfəsi: retrospektiv və perspektiv. Şöbənin toplusu. “Azərbaycan”, Bakı 2018. URL: https://www.academia.edu/100088262/AMEA_tarixin_fəsəfəsi_2018
- Təhməzova E. Nizami Gəncəvi təlim-tərbiyə və mənəvi dəyərlər haqqında. Bakı 2001.
на русском
- Абасов А. Карабахский конфликт. Варианты решения: идеи и реальность. М., 2004 (в соавторстве).
- Абасов А. Варианты решения карабахской проблемы: идеи и реальность. Баку, 2002, 3 п.л. на азербайджанском, русском и английском языках. (в соавторстве).
- Абасов А. Смена пространственно-временных парадигм как фактор динамики познания. – Депон. ИНИОН АН СССР №31100 от 7.1Х-87. 7,3 п.л.
- Абасов А. Пространство. Время. Познание. Б., Элм, 1986. 6,5 п.л.
- Абасов А. Проблемы истории, теории и методологии познания. “Yeni nəsil”. Баку 2001.
- Абасов А. Азербайджан в гендерном ракурсе: XIX – начало XXI века. Монография. “Палмариум”. Баку 2016. – 234 с.
- Абасов А., Фурман Д. Ислам в пространстве – времени Азербайджана. “Паратайл”. Баку 2017. – 264 с.
- Аббасов А.Ф. Соотношение категорий и принципов системно-целостной проблематики. Баку: «Элм», 1984, 95 c.
- Аббасов А.Ф. Философское учение о материи и его значение. Баку: AzTU-nun nəşriyyatı, 1986, 52 c.
- Аббасов А.Ф. Проблемы становления личности студента в вузе. Баку: AzTU-nun nəşriyyatı, 1986, 151 c.
- Аббасов А.Ф. Mировоззрение и идеал. Госбюд. НИР кафедры, депонир. во ВНИИ центр, Москва,1988, – 192 c.
- Аббасов А.Ф. Бифуркационные механизмы в становлении личности как сложности. Госбюд. НИР кафедры, депонир. во ВНИИ центр, Москва.1988, 118 с.
- Аббасов А.Ф. Философия социально-политического оптимума: сложность, самоорганизация, синергизм. Баку: «Элм», 2000, 202 c.
- Аббасов А.Ф. Демократия: наличная и должная Баку, 2005, «Адилоглы», 180 с.
- Аббасов А.Ф. Сложность время синергетика: Общетеоретический анализ проблем сложности и развития сложных систем. Баку: «ЭЛМ» 1991. – 212 с.
- Аббасов А.Ф. Общество и государство. Баку: «МВN». 2007. – 108 с.
- Аббасов А.Ф. Философия cложности. Баку: «MBN». 2007. – 200 с.
- Махмудов М. Особенности управленческого поведения индивида в условиях переходного периода (политико-методологические аспекты). Təknur. Bakı 2010. https://www.academia.edu/100174001/MONOQRAFİYA_RUSCA
- Мовсумова Л.Д. Проблема женщины в духовной культуре Азербайджана. «ЭЛМ». Баку 1995.
- Мовсумова Л.Д. Философский анализ женских образов в Коране // Издательско-полиграфическое объединение «Азербайджанская энциклопедия». «ЭЛМ». Баку 1997.
- Мовсумова Л.Д. Ислам божественный закон и ответственность женщин за уголовные преступления // Издательско-полиграфическое объединение «Азербайджанская энциклопедия». Баку. 2000.
- Мовсумова Л.Д. Анализ статуса женщины религиозного мировоззрения //ПКФ «УЛУ». Баку 2007.
- Мовсумова Л.Д. Женское начало в истории человечества. «Poolygraphig Production”, Баку 2011.
- Мовсумова Л.Д. Некоторые направления и приоритеты социально культурной сферы Азербайджана. «АФ Полиграф». Баку 2017.
İngilis dilində
- Abasov A. (Həmmüəllif) Perspectives on economic and sosial integration// Journal for mental changes. Towarzysttwo Naukowe KUL. Poland. 2004.
- Abasov A. Karabakh Conflict. Variants of Settlement: concepts and Reality. Third edition revised and updated. Baku-Yerevan. 2006, 184 p.
- Mammadov R. Gender analysis of sex-selective abortions. “Elm və Təhsil”. Bakı 2018. – URL: https://www.academia.edu/40284300/GENDER_ANALYSIS_OF_SEX_SELECTIVE_ABORTIONS